“Bunun sənə dəxli var?! Mənim şirkətimdi... ”- Abid Şərifov jurnalistə - VİDEO

Bu gün baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanan binaya baş çəkib.Prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov yanan binanın gələcək taleyi ilə bağlı sualları cavablandırıb. Onun cavabları sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Binada təmir işlərinin 5 aya tam başa çatacağını bildirən baş nazirin müavini üzlüklərin hansı materialdan olması haqda hələ ki, qərar verilmədiyini açıqlayıb.

Sonda jurnalistin “Tikinti işlərinə hansı şirkət daxil olacaq?” sualına Abid Şərifov belə cavab verib:

“Nə dəxli var sənə?! Nə üçün bilməlisən kimdi?! Alabala… Sonra?! Müəyyən olunur ki, finalkəsdi, filankəsdi də. Bunu biz müəyyən edirik, bunun “pressa”ya dəxli var, ay oğul? Sonra sualınız var?!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar