Bakıda bütün binalardan poliuretan üzlüklər sökülür- VİDEO

Paytaxtda poliuretan üzlüklərlə üzlənmiş bütün binaların fasadı sökülməyə başlanıb.

ANS TV-nin məlumatına görə, bir neçə gün əvvəl Xətai rayonunda fasad işləri tamamlanmamış binalarda sökülən poliuretan üzlüklər bu gündən etibarən bütün bu cür binalara şamil edilir. Hətta Bayraq Meydanı yaxınlığında jurnalistlər üçün tikilmiş binanın yalnız kənarlarını bəzəyən poliuretan sütunlar da sökülərək ərazidən uzaqlaşdırılır. Mətbuat prospektində də üzlənən 9 və 5 mərtəbəli binalarda da söküntü işləri gedir.

Bununla yanaşı binaların ətrafında Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları dayanıb. Sakinlər söküntü işlərini tez bir zamanda yekunlaşmasasını istədiklərini dilə gətiriblər.

Qeyd edək ki, mayın 19-da yanğın hadisəsi baş vermiş Binəqədi rayonunda da söküntü işləri tam sürəti ilə davam edir. Burda binalar 16 mərtəbə olduğundan əraziyə daha çox işçi qüvvəsi cəlb edilib. Onlar binaların fasadının 1 ay müddətində sökülməsi nəzərdə tutulduğunu bildirdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar