Ukrayna öz FTB-sini yaradır

Ukrayna Ali Radası (parlament) hüquq-mühafizə orqanlarında islahatlara dair 6 qanun layihəsini ilk oxunuşda qəbul edib. Musavat.com Ukrayna mənbələrinə istinadən xəbər verir ki, onlardan biri Dövlət Təhqiqat Bürosunun (DTB) yaradılması haqdadır.

Bu, Amerikanın Federal Təhqiqatlar Bürosunun (FTB) analoqu hesab edilir. DTB-nin funksiyaları ilə FTB-nin funksiyalarının çox yaxın olduğu bildirilir. Ukrayna hökumətinə bu məsələdə ABŞ və Gürcüstan mütəxəssislərinin tövsiyələr verdiyi deyilir.

Yenin qurum zorakılıq tətbiq edilməklə törədilən ağır cinayət faktlarını açacaq və təhqiq edəcək, cinayətkar təşkilatların fəaliyyətinə qarşı mübarizə aparacaq və onları önləyəcək, həmçinin, hüquq-mühafizə orqanları tərəfindən törədilən cinayətləri aşkarlayacaq və tədqiq edəcək.

Ona FTB-dəki kimi geniş səlahiyyətləri olan direktor başçılıq edəcək. Daha bir mühüm məqam: hazırda prokurorluğun həyata keçirdiyi bütün istintaq funksiyaları da DTB-yə keçəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar