Milyarderlər milyardlarını daha da artırıblar

Bloomberg Biliionaires İndex reytinqinin məlumatına əsasən, 2013-cü il ərzində Planetin 300 ən varlı adamının ümumi toplam aktivi 524 milyard dollar artaraq 3,7 trilyon $ təşkil edib. Ən çox aktivlərini artıranlar içərisində birinci yeri Mikrosoft direktorlar şurasının sədri Bill Qeyts tutur. Belə ki, bir il ərzində Bill Qeytsin aktivi 15,8 milyard $ artaraq 78,5 milyarda yüksəlib.

İl ərzində Mikrosoft şirkətinin səhmləri 40% bahalaşıb. Bloombergin məlumatına görə, Bill Qeyts hələ 2013-cü ilin may ayından dünyanın ən varlı adamı titulunu meksikalı Karlos Slimin əlindən alıb. Karlos Slim il ərzində 1,4 milyard dollar itirib. Onun rəhbəri olduğu Amercan Movi SAB holdinqinin səhmləri 12 %-ə qədər şağı düşüb. Milyarderlər icərisində ən çox pul itirən isə braziliyalı biznesmen Eyke Batista olub. O finans ili ərzində 12 milyard $ itirib. Səbəb isə Batistanın rəhbərlik etdiyi OGX neft şirkətinin iflasıdır.

V.Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar