"BUNLAR 5-10 MİLYONLUQ TİKİLİLƏRDİ" - Hacıbala Abutalıbv 42 villanı sökür

Bakıda əsasən “Dostluq” parkının ərazisində olmaqla qanunsuz tikilən 42 villa sökülür. "Trend" xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ATV-yə deyib.

H.Abutalıbovun sözlərinə görə, villalarla bağlı böyük söküntü işləri gedir.

Bakı şəhər icra başçısı bildirib ki, bu villalar adi vətəndaşın imkanı hesabına tikilə bilməz: “Bunlar 5-10 milyonluq böyük tiklilərdir. Kimliyindən asılı olmayaraq qanunsuz hərəkət edən hər kəs cəzasını alacaq”.

Maraqlıdır, bəs "5-10 milyonluq" qanunsuz 42 villa (Əslində onların sayı minlərlədir-red) tikiləndə çox hörmətli merimiz hara baxırdı? Əlbəttə ki, bu suala Hacıbala müəllim cavab verməyib. Amma sualın cavabı, zənnimizcə, bütün Azərbaycana bəllidir. 

V.Nəsibov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar