Donbasda separatçı liderlərdən biri öldürüldü

Luqansk separatçılarının lideri, “Prizrak” (“Kabus”) briqadasının komandiri Aleksey Mozqovoy güllələnib. Musavat.com-un Rusiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, o, Mixaylovka şəhəri yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Onunla birgə mətbuat katibi Anna və daha 3 mühafizəçi qətlə yetirilib. Mozqovoyun olduğu “Ceep” atıcı silahdan, o cümlədən pulemyotdan atəşə tutulub. Həmçinin, məsafədən idarə olunan partlayış həyata keçirilib.

Qeyd edək ki, separatçıya qarşı əvvəllər də sui-qəsd cəhdləri olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar