NATO-nun Baş katibi Obama ilə görüşəcək

Xarici KİV-in yaydığı məlumata görə, NATO-nun Baş katibi Yens Stoltenberq mayın 22-dən 27-ə qədər Vaşinqtonda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində o, ABŞ prezidenti Barak Obama ilə danışıq aparacaq. Bu barədə xəbəri Şimali Atlantika Alyansının mətbuat xidməti yayıb («TASS»).

Mətbuat xidmətinin məlumatında deyilir: «NATO Baş katibi Yens Stoltenberq mayın 22-dən 27-ə qədər Vaşinqtonda səfərdə olacaq. O, mayın 26-da ABŞ prezidenti Barak Obama ilə görüşəcək...».

Bundan başqa Stoltenberqin ABŞ dövlət katibi Con Kerri, milli təhlükəsizlik məsələləri üzrə müşavir Süzan Rays, müdafiə nazirinin müavini Robert Uorkla görüşəcəyi bildirilir: «Mayın 29-də Baş katib Ceksonvilldəki (Florida ştatı) hərbi-hava qüvvələri bazasında və Corciya ştatındakı «Kinqs-Bey» hərbi-dəniz qüvvələri bazasında olacaq. Mayın 29-da isə o, «Meyport» hərbi-dəniz qüvvələri bazasına gedəcək və «Carney» esminesinin göyərtəsinə qalxacaq».

Xəbər verilir ki, Stoltenberq bu il martın sonunda ABŞ-da səfərdə olub, amma prezident Barak Obama ilə görüşə bilməyib. «Blomberq» agentliyi xəbər verib ki, NATO mənzil-qərargahının sorğusuna baxamayaraq, o zaman ABŞ prezidentinin administrasiyası Barak Obama ilə NATO Baş katibi arasında ikitərəfli görüşün keçirilməsinə razılıq verməyib. Bu da ən azı, son 10 ildə belə görüşlərin formalaşmış ənənələri ilə bir araya sığmır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar