ABŞ-ın raket esminesi Qara dənizə daxil olmağa hazırlaşır

Rusiya KİV-nin məlumatına görə, ABŞ hərbi dəniz qüvvələrinin (HDQ) raket daşıyan gəmisi (esmines) «Donald Cook» Qara dənizə daxil olmağa hazırlaşır. Bu barədə məlumatı Rusiyanın Qara dəniz donanmasının baş qərargahındakı mənbə verib (TASS).

Mənbə bildirib ki, bu, Qara dənizə daxil olacaq ikinci Amerika gəmisidir. Bundan əvvəl hövzəyə eyni tipli «Ross» esminesi girib: «Amerikanın «Donald Cook» esminesi Dardanell və Bosfora daxil olmağa hazırlaşır. Bir neçə saat əvvəl isə ABŞ-n «Ross» esminesi Qara dəniz hövzəsinə daxil olub».

«Ross» və «Donald Cook» - Ardeigh Burke tipli döyüş gəmiləridir. Onlar «İdcis» raket əleyhinə müdafiə (RƏM) sistemi ilə təchiz olunub. Bu esmineslərin əsas döyüş-zərbə silahı «Tomoqavk» qanadlı raketləridir.

Bundan əvvəl ABŞ-ın 6-cı donanmasının məlumatında bu iki esminesin Qara dənizə girəcəyi barədə bir söz deyilmirdi.

Məlumat üçün bildirək ki, Montre konvensiyasına əsasən qeyri-hövzə dövlətlərin hərbi gəmiləri Qara dənizdə 21 gündən artıq qala bilməz.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar