"SAHİBSİZ" VİLLALARDAN İKİSİNİN YİYƏSİ TAPILDI - Fotolar

Bakıda yaşayış binasında baş verən yanğına həsr edilən müşavirədə ölkə başçısı İlham Əliyevin Səbail rayonu ərazisində olan və əsası mərhum prezident Heydər Əliyev tərəfindən qoyulan "Dostluq" parkında qanunsuz villaların tikilməsinə dair bildirdiyi irad əlaqədar qurumları hərəkətə keçməyə vadar edib.

Strateq.az-ın əldə etdiyi məlumata görə, dünən gecə saatlarında Bakı Şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da iştirakı ilə həmin əraziyə yaxın yerdə iki tanınmış şəxsə məxsus hasarlanmış ərazi sökülüb.

Kamran Musayev

Məlumatda bildirilir ki, sökülən hasarlardan biri Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayevə, digəri isə Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin sabiq sədri Arif Qaraşova məxsus olub: "Həmin adamların əlində Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam olsa da, buna məhəl qoyulmayıb. Arif Qaraşova məxsus ərazi bir hektara yaxındır, Kamran Musayevin həyəti isə 12 sot olub".

Arif Qaraşov

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar