Ukrayna özünün informasiya siyasətini formalaşdırır

Hökumət bu işə amerikalı ekspertləri cəlb edir

Rusiya KİV-nin yaydığı məlumata görə, Ukraynanın İnformasiya Siyasəti Nazirliyi (İSN) həyata keçirdiyi proqram ətrafında məsləhətləşmələr aparmaq məqsədilə amerikalı ekspertləri dəvət etmək fikrindədir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ukraynanın informasiya siyasəti naziri Yuri Stets və ABŞ dövlət katibinin müavini Riçard Stengel bununla bağlı məsələləri müzakirə ediblər («TASS»).

Mətbuat xidmətinin məlumatında deyilir: «İnformasiya siyasəti nazirliyi həyata keçirilən proqramın peşəkarlıq və təşkilati keyfiyyətlərini qaldırmaq məqsədilə ABŞ-dan məsləhətçilər dəvət edəcək...».

Xəbər verilir ki, Stets ölkəsində «Ukraine Tomorrow» adlı xarici dilli telekanalın yaradılması layihəsi barədə həmsöhbətini məlumatlandırıb: «Yaxın zamanlarda biz, müzakirə və təkrar işlənmək üçün kanalın inkişaf strategiyasını təqdim edəcəyik. Bu zaman beynəlxalq ekspertlər mühitinin tövsiyyələri nəzərə alınacaq...».

Bundan başqa nazir, üzərində işlərin getdiyi digər layihələri, o cümlədən, «Açıq hakimiyyət» proqramı çərçivəsində vətəndaşlarla dövlət qurumları arasında əlaqələrin qurulması layihəsini də təqdim edib.

Stets «Ukraynada islahatların aparılması barədə ölkə daxilində və onun sərhədlərindən kənarda müvafiq informasiyaların yayılması»nın vacibliyini vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar