ABŞ Alyaskada daha bir radar qurur

Rusiya KİV-nin məlumatına görə, Birləşmiş Ştatlar Alyaskada özünün raket əleyhinə müdafiə sisteminin (RƏM) daha bir radiolokasiya-izləmə stansiyasını (radar) yerləşdirmək barədə qərar qəbul edib. Bu barədə mayın 22-də ABŞ müdafiə nazirliyi məlumat verib (TASS).

Nazirlik əlavə edib ki, burada söhbət uzaq hədəfləri aşkarlayan və identifikasiya edən RLS-dən gedir.Güman edilir ki, bu qurğu ABŞ-ın yaratdığı RƏM sisteminə raket hücumuna qarşı effektli mübarizə aparmağa - Fort-Qrilidəki (Alyaska)və Vandenberqdəki (Kaliforniya) şaxtalarda yerləşən raket əleyhinə döyüş təyyarələrinin işinin etibarlılığını artırmağa imkan yaradacaq. Raket əleyhinə bu qurğular hədəfi uçuşun aralıq mərhələsində məhv etmək məqsədilə nəzərdə tutulub.

ABŞ müdafiə nazirliyi izah edir ki, «cari planlar» Alyaskada qurulacaq RƏM sistemi radar qurğusunun istismarına 2020-ci ildə başlamağı nəzərdə tutur. İlkin mərhələdə onun ABŞ hərbi-hava qüvvələrinin Klier bazasında (mərkəzi Alyaska) yerləşdirilməsi planlaşdırılır. Pentaqon bildirir ki, obyektin yerləşdirilməsi üçün yerin seçilməsi barədə yekun qərar bir qədər sonra qəbul olunacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar