Kerri və Poroşenko Donbasdakı son durumu müzakirə ediblər

Ukrayna prezidenti Pyotr Poroşenko ilə ABŞ-ın dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Musavat.com-un Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər Donbasdakı son durumu müzakirə ediblər.

“Pyotr Poroşenko Con Kerrini Avropa Birliyinin Riqada keçirilmiş “Şərq tərəfdaçlığı” sammiti və Donbasdakı, o cümlədən Şirokinodakı son durum haqda məlumatlandırıb” – mətbuat xidməti bildirir.

Kerri və Poroşenko bir daha Minsk anlaşmalarının həyata keçirilməsinin vacibliyini vurğulayıblar və qarşılıqlı etimadı təsdiqləyiblər. Bundan əlavə, ABŞ dövlət katibi və Ukrayna prezidenti Donbas və Krımla bağlı bundan sonrakı birgə hərəkətlərin koordinasiyası haqda razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar