Yəməndə Səudiyyə Ərəbistanına məxsus qırıcı təyyarə vurulub

Səudiyyə Ərəbistanına məxsus “F-16” qırıcı təyyarə Yəmən paytaxtı Sana şəhərinin ətrafında vurulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Yemen Post” nəşri məlumat yayıb.

Məlumata görə, təyyarənin pilotunu aşkarlamaq mümkün olmayıb. Üsyançı husilər təyyarənin düşdüyü yerdə 2 mərmi tapıblar.

Nəşr üzərində Səudiyyə Ərəbistanına məxsus fərqlənmə nişanları olan təyyarə qalıqlarının şəkillərini də dərc edib.

Rəsmi qurumlar məlumatı hələlik təsdiq etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar