RUSİYA MÜHARİBƏYƏ HAZIRLAŞIR! – Putinin qaşısını necə almaq olar?

“Rusiya təcavüzkarlığının iqtisadi yolla durdurulması”

Hazırkı vəziyyətdə Rusiyanın nə etmək istədiyi barəsində qane edici cavab tapmaq demək olar ki, hədsiz dərəcədə mürəkkəbləşıb. Bunun başlıca səbəbini Moskvanın bu günkü siyasətinin, öz təbiəti etibarı ilə, opportunist olması və onun hərəkətverici qüvvəsini isə Qərbin zəiflik göstərməsi və NATO sıralarındakı fikir ayrılığı ilə əlaqələndirmək mümkündür. Rusiyanın tam dəqiq müəyyənləşmiş məqsədi yoxdur. Belə şərtlər daxilində Qərb paytaxtlarında Rusiyanın mümkün aqressiv hərəkətlərinin necə durdurulması barəsində düşünülməlidir. (The National İnterrest)

ABŞ və Avropa rəsmi olaraq, Rusiyanın aqressiv siyasətinə qarşı sanksiyalar paketi tətbiq edib. Bu sanksiyalar Putin rejiminin məlum məqsədlərinə güclü zərbələr vurulmasını planlaşdırıb. Həmin sanksiyalr üç istiqamətlidir.

Birinci istiqamət dövlət müəssisələrinə qarşı tətbiq olunub. ”Qazprom” və “Rosneft” bu qəbildən olan şirkətlərin ən böyükləridir.

İkincisi - Putinin yaxın ətrafındakı İqor Seçin və Gennadi Timçenko kimi güclü təsir imkanına malik olan oliqarxlara qarşı yönəldilib.

Üçüncü tip sanksiyalar paketi isə baş nazirin müavini Dmitri Raqozin kimi yüksək vəzifəli dövlət məmurlarına tərəf tuşlanıb.

Göründüyü kimi, Qərb ölkələri Rusiya rəhbərlərinin Ukrayna avantürasındakı məsrəflərinin yüksəldilməsinə təkan verəcək kompleks tədbirlərə əl atıblar.

Heç şübhə yoxdur ki, sanksiyalarla yanaşı dünya enerji bazarında gedən proseslər də Rusiya üçün təsirsiz ötüşməyib. Dünya bazarındakı neft qiymətləri, bəlkə də Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan daha artıq dərəcədə öz təsirini göstərib. Səudiyyə Ərəbistanının neft qiymətlərini aktiv şəkildə aşağı salmaq cəhdləri Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

Lakin Moskva bu tendensiyaları və Qərbin sanksiyalarını ötəri xarakterli və öz perspektivinə görə əhəmiyyətsiz bir şey hesab edir. Elə həmin səbəbdən də Putin bu yaxınlarda Rusiya iqtisadiyyatının “ən mürəkkəb və çətin mərhələni” arxada qoyduğunu bildirib.

Ümumiyyətlə, bütün baş verənləri diqqətlə izləyəndə Rusiyanın Avropada geniş miqyaslı müharibəyə hazırlaşması təsəvvürü yaranır. Kremlin iqtisadi məsələlər üzrə keçmiş müşaviri Andrey İllarionovun sözlərinə görə, indiki çətin iqtisadi şəraitdə Rusiyanın hərbi xərclərini durmadan artırması, onun Ukraynada və hətta başqa yerlərdə müharibəyə hazırlaşması anlamına gəlir.

Rusiyaya qarşı münasibətdə Amerika və Avropanın siyasi rəhbərləri maliyyə bazarlarının xüsusiyyətlərindən də müəyyən nəticələr çıxara bilərlər. Dünyadakı kapital qoyuluşu ilə məşğul olan sərmayəçilər, əsas etibarı ilə sərmayə alan şirkətlərin maliyyə dayanıqlığı, ödəmə qabiliyyəti və eyni zamanda həmin şirkətin aylıq müddət ərzində kapitaldan necə istifadə etməsinə xüsusi diqqət yetirirlər. Əgər kapitalın sərf olunma sürəti, onun gəlir gətirmə sürətindən irəliyə keçirək onu üstələyirsə, onda bu cür müəssisələr effektsiz sayılır. Elə buna görə də həmin müəssisələrə sərmayə yatıranlar bu cür riskli işlərdən uzaq durmağa çalışırlar. Kapital sömürən şirkətlərə aydın siqnal verirlər: ya işini yaxşılaşdır, ya məhv ol!

Bu deyilənlər xüsusi bir nümunə kimi Rusiya üçün də keçərlidir. Hal-hazırda bütün göstəricilərə görə Kremlin kapital xərcləmə sürəti olduqca yüksəkdir. Çox nüfuzlu mənbələrin verdiyi məlumata görə, bu gün Rusiya Ukraynanın şərqində saxladığı silahlılara bir ay ərzində təxminən 105 milyon dollar xərcləyir. Rusiyadakı indiki hərbi səfərbərlik çox bahalı bir prosesə çevrilib. Çünkü Krımın ilhaqından sonra Rusiya iqtisadiyyatının üzərinə qoyulan maliyyə yükü ölkə üçün əlavə problemlər yaradır. Krım üçün çəkilən illik xərc 4,5 milyard dolları ötür. Digər tərəfdən həm də neftin qiymətinin aşağı düşməsi nəticəsində dövlət büdcəsinin azalmasını da unutmamalıyıq.

Ancaq bunlara baxmayaraq, Rusiyanın valyuta ehtiyatı (360 milyard dollar) Moskvaya apardığı siyasətə uyğun müvafiq xərc çəkməyə imkan verir. Amma bu Qərbin öz əlindəki təsir vasitələrindən istifadə etməklə, müharibə ilə bağlı olan məsrəflərin Rusiya üçün ən çətin səviyyəyə qalxmasına qədər davam edə bilər.

Bunun üçün hədəfləri təkcə Moskvada əyləşən hansısa tanınmış yüksək dövlət xadimlərinə deyil, həmçinin Kreml hərb maşınının işə salınmasında xüsusi rol oynayan xarici təchizatçılara tərəf də yönəltmək lazımdır. Çünk bir çox xarici firmalar Rusiyanın mexanizə diviziyalarını, artilleriya qurğularını və digər hücum silahlarını hazırlayan fabrik və zavodlarla əməkdaşlıq edirlər. Burada çox sadə məntiq var. Əgər Rusiya üçün tank və ya sualtı qayıq istehsalı nə qədər baha qiymətə başa gələrsə və uzun mənzilli bombardmançı təyyarələrə lazımı texniki baxış keçirmək artıq xərc tələb edərsə, onda onların bu məqsəd üçün topladıqları pullar daha tez tükənəcək. Həmin maliyyə imkanları tükənən zaman isə Moskva öz potensial təcavüzünü nə qədər və necə məhdudlaşdıracağını çox yaxşı anlayacaq. Deməli, ABŞ və onun mütəfiqləri elə etməlidirlər ki, Ukrayna avantürası Rusiya üçün hədsiz baha başa gəlsin.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar