Finlandiyanın baş naziri Rusiyanı «qınayıb»

Finlandiya müttəfiqliyin inkişafı məsələsində təmkinli mövqe nümayiş etdirir. Bununla belə, ölkənin baş naziri Aleksandr Stubb ölkələrin özlərinə müttəfiq seçmək hüququnu ciddi şəkildə müdafiə edir (Rosbalt).

Bu barədə Stubb deib: «Bizim mövqeyimiz aydındır: ixtiyari müstəqil dövlət hansı kluba daxil olmaq və kiminə müttəfiqlik münasibətləri qurmaq məsələlərini özü sərbəst şəkildə həll etmək hüququna malikdir. Təzyiqlərə uymaq lazım deyil, əhəmiyyəti yoxdur ki, bu təzyiq qərbdəndir, şərqdəndir, şimaldandır, yoxsa cənubdan. Rusiyanın Ukrayna və Gürcütana yönəlik mövqeyi düzgün deyil. Bizim başlıcı ismarıcımız ondan ibarətdir ki, biz - Avropa ölkələri öz qonşularımızla əməkdaşlıq etmək istəyirik» (YLE).

Avropa Şurasının prezidenti Donald Tusk isə öz növbəsində, Rusiyaya öz qonşuları üçün daha cəlbedici olmağı məsləhət görüb: «Şərq tərəfdaşlığı» Rusiya ilə Avropa İttifaqı arasında keçirilən gözəllik müsabiqəsi deyil...».

Bundan əvvəl, mayın21-22-də Riqada «Şərq tərəfdaşlığı» sammiti keçirilib. Samm çərçivəsində «Riqa bəyannaməsi» adlı sənəd qəbul olunub. Sənəddə, Ukrayanada gərginliyin azaldılmasına yönəlik bütün səylər dəstəklənir, 2014-cü ilin mayında Malayziyaya məxsus təyyarənin qəzaya uğramasının araşdırılmasında əməkdaşlığa çağırış yer alır.

Riqa sammitində Avropa ittifaqına və «Şərq tərəfdaşlığı»na daxil olan 28 ölkənin ali dövlət rəhbəri iştirak edib. «Şərq tərəfdaşlığı» proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar