Serbiya anti-Rusiya sanksiyalarını müdafiə etmək gücündə deyil

Xarici KİV-in məlumatına görə, Serbiyanın Baş naziri Aleksandr Vuçiç deyib ki, Belqrad Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalara qoşulmaq barədə qərarına qoşulmaq gücündə deyil (DW).

Almaniyada nəşr olunan DieWelt qəzeinə verdiyi müsahibədə baş nazir bunları deyib: «Rusiyaya qarşı sanksiyalara qoşulmağın iqtisadi nəticələri var. Serbiya bununla bacarmaq gücündə deyil...». Vuçiçin sözlərinə görə, Serbiya Avropa İttifaqının üzvü deyil və «iqtisadi cəhətdən yaşaya bilməsi»nin qayğısına özü qalmağa borcludur (Rosbalt).

Baş nazir eyni zamanda qeyd edib ki, onun ölkəsi Avropa İttifaqına üzv olmağa can atır. Amma bu zaman Rusiya ilə sıx əlaqələrdən də vaz keçmək niyyətində deyil: «Biz Moskva ilə yaxşı münasibətlər qurmaqda maraqlıyıq və burada heç bir «qəbahət» yoxdur...». Vuçiçin sözlərinə görə, o, Serbiyanın Avropa İttifaqının üzvü olmaq istəyini bütün aydınlığı ilə Rusiya prezidenti V.Putinin nəzərinə çatdırıb.

Vuçiç alman nəşrinə onu da deyib ki, Serbiya əhalisinin böyük əksəriyyəti avrointeqrasiya tərəfdarıdır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar