PROKURORLUQ GİGİYENA MƏRKƏZİNDƏ YOXLAMALARA BAŞLADI - Həbslər gözlənilir

3 gündür Respublika Prokurorluğunun əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzində (RGEM) yoxlamalara başlayıblar. Bu barədə AzPolitika.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə bildirib ki, yoxlamalar Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı qaldırılan cinayət işi çərçivəsində aparılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin 2012-ci ildə 15 nəfərin ölümü ilə nəticələnən faciəyə səbəb olmuş poliuretan üzlüklərə keyfiyyət sertifikatı verdiyi məlum olub.

İstisna deyil ki, bu cinayət işi çərçivəsində başlayan həbslər Respublika Gigiyena və Epidemiologiya Mərkəzini də əhatə edəcək.

Mərkəzin direktoru Akif Əlibəyovdur.

R.Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar