Abid Şərifovun iki üzü - rəhbərin və medianın qarşısında - VİDEO

Mayın 23-də baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanan binaya baş çəkib.

Prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov Binəqədi rayonu ərazisində yanan binaya baş çəkərkən jurnalistlərə qarşı növbəti kobudluq edib.

Binanın hansı şirkət tərəfindən təmir edildiyi haqda suala cavab verən A.Şəriofov media mənsublarını təhqir edib. Baş nazirib müavini müvafiz suala cavabında "sənə nə hansı şirkətdi, pressa bunu niyə bilməlidir ki?! Alaba şirkəti, hə, sonra" deyərək növbəti qabalığına imza atıb.

Xatırlıadaq ki, vəzifəli məmurlar jurnalistlərin verdiyi bütün suallara cavab vermək məcburiyyətindədirlər. Çünki bu məcburiyyəti onların qarşısında qanun yaradır. Əks təqdirdə, həmin məmur KİV tərəfindən məhkəməyə verilir və cəzalandırılır. Musavat.com A.Şərifovun iki halıyla bağlı video təqdim edir - baş nazirin müavini prezidentin qarşısında necə danışır, mətbuat nümayəndələrinə necə davranır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar