Şok: Şimali Koreya diktatorunun dayısı itlərə yem edilibmiş

Şimali Koreya diktatoru Kim Çen İnın dayısı Çan Son Txek it sürüsünə yem edilməklə edam olunub. Musavat.com-un “The İndependent”ə istinadən verdiyi məlumata görə, bu barədə Honkonq qəzetlərindən biri yazıb.

Nəşrin yazdığına görə, Son Txek və onun 5 köməkçisi soyundurularaq 3 gündür ac saxlanılan 120 itin arasına buraxılıb. Yüzlərlə rəsminin müşahidə elədiyi edam 1 saat çəkib.

Lakin hələ ki, Pxenyan edam zamanı itlərdən istifadə edilməsi barədə məlumatı təsdiqləmir. Rəsmi açıqlamada həmin şəxslərin güllələndiyi deyilir.

Cənubi Koreya KİV-lərinin yazdığına görə, Çan Son Txekin edamının əsl səbəbi onun Çinlə ortaq iqtisadi zona yaradılmasının əleyhinə çıxması olub.

Şimali Koreya diktatoru Kim Çen In isə Yeni il münasibətilə xalqa müraciətində dayısının güllələnərək, öldürülməsindən danışmışdı. BBC-nin yaydığı xəbərdə deyilir ki, o, vaxtilə Şimali Koreyanın “boz kardinalı” olan Çan Son Txekin güllələnməsini “partiyanın çirkabdan təmizlənməsi” adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar