Pentaqon İŞİD-in son uğurlarının səbəbini açıqladı

publika.az1404306912isid2ABŞ-ın müdafiə naziri Eş Karter İraq ordusunu İŞİD-lə döyüşməyə həvəsli olmamaqda ittiham edib və bunu terror qruplaşmasının uğurlarının əsas səbəbi adlandırıb. Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Pentaqon şefi kifayət qədər sərt formada bildirib ki, İraq silahlı qüvvələri Ramadidə silahlılardan sayca xeyli dərəcədə üstün olsa da, sadəcə ərazini tərk edib və şəhərin müdafiəsinə cəhd etməyib.

Vəziyyəti çox həyəcanlı adlandıran Karter əlavə edib ki, ABŞ İraq ordusunun formalaşmasında həlledici rol oynamaqda, avadanlıqlar vermək və iraqlıları öyrətməkdə davam edəcək, “ancaq cihadçılara o zaman qalib gəlmək mümkün olacaq ki, iraqlılarda mübarizə üçün iradə olsun”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar