Yəmən müharibəsinin acı statistikası

Xəbər verilir ki, Yəməndə münaqişənin qızışması nəticəsində 135 uşaq həlak olub, 260 uşaq isə yaralanıb. Bu məlumatı Birləşmiş Millətlər Təşkilatı (BMT) Uşaq fondunun (UNİSEF) icraçı direktou Entoni Leyka mayın 24-də Cenevrədə səsləndirib. Leyka tərəfləri hərbi əməliyyatlarda «humanitar pauza» yaratmağa və «uşaqları zərərdən qorumağa» çağırıb (TASS).

UNİSEF rəhbəri bu barədə deyib: «Uşaqlar arasında qurbanların sayı gündən günə artır. Ölümlərin1/3-i son günlər vəziyyətin gərginləşdiyi Ədən şəhərinin payına düşür. Bu ölümlərin hər biri şəxsi faciə olduğu kimi, həm də Yəməndəki münaqişənin miqyasından xəbər verir...».

UNİSEF rəhbərinin bəyanatında deyilir ki, uşaqlar ölkədəki zorakılığın qurbanına çevrilməməlidir: «Bütün münaqişə tərəfləri beynəlxalq humanitar hüquqa uyğun olaraq uşaqları hər cür zərərdən qorumağa borcludur. Bunun üçün ən azı, «humanitar pauza» qüvvəyə minməlidir ki, yaralılara, xəstələrə və əhalinin həssas qruplarına həyati əhəmiyyətli kömək çatdırıla bilsin... Yəmənli uşaqları yalnız hərbi əməliyyatların tam dayandırılması qoruya bilər».

Xatırladaq ki, Yəmən hakimiyyəti ilə şiə-husi üsyançıları arasında qarşıdurma 2014-cü ilin avqustundan kəskinləşib. Bu ilin yanvarında husilərin hərbi qanadı olan «Ənsər Allah» ölkənin paytaxtı Səna şəhərini ələ keçirib. Üsyançıların təzyiqi altında prezident Əbd Rabbo Mansur Hadi və başda Haled Maxfuz Baxax olmaqla hökumət istefa verib. Prezident əvvəlcə Ədən şəhərinə qaçıb, husilər martın 25-də bu şəhərə daxil olandan sonra isə ölkəni tərk etməyə məcbur olub.

Martın 26-da Yəmənin devrilmiş prezidenti Abd Rabbo Mansur Hadinin xahişi ilə Səudiyyə Ərəbistanı Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri hərbi-hava qüvvələrinin dəstəyi ilə husilərə qarşı hərbi-hava əməliyyatları həyata keçirir. Koalisiyaya Misir, İordaniya, Marokko və Sudan da qoşulub.

Mayın 12-17 tarixlərində Yəmənin bütün ərazisində əhaliyə humanitar yardım göstərilməsi məqsədilə atəşin dayandırılması rejimi elan olunub.

Mayın 22-də Genevrədə BMT insan haqları üzrə ali komissarının yaydığı məlumata görə, martın 26-dan mayın 20-ə qədərki dövrdə münaqişə nəticəsində Yəməndə 1037 mülki şəxs öldürülüb, 2453 nəfər isə yaralanıb. Bu arada, Ümumdünya səhiyyə təşkilatının (ÜST) yaydığı məlumata görə, mayın 11-ə olan vəziyyətə Yəməndə münaqişə nəticəsində 1,7 mindən artıq adam öldürülüb, 7 minə yaxın şəxs isə yaralanıb. 2015-ci ilin martından bu yana 300 min insan yaşayış yerini dəyişməyə məcbur olub, 8 milyondan artıq insan isə tibbi yardıma möhtac duruma gəlib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar