İŞİD 217 insanı edam etdi

"İraq Şaş İslam Dövləti" (İŞİD) silahlıları on gün əvvəl Suriyanın qədim Palmira şəhərini ələ keçirdiyi zaman 217 insanı edam edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidə Təşkilatı xəbər yayıb.

Təşkilatın rəhbəri Rami Abdel Rahman deyib ki, burada ailələr məhv edilib. Qətllərdən çoxu Palmirada baş verib, insanlar güllələnib və ya başları kəsilib. Təşkilat 14-ü uşaq, 12-si qadın olmaqla, 67 dinc sakinin edamını sənədləşdirib.

Bundan əlavə, mayın 16-dan bəri Homs vilayətinin müxtəlif yerlərində Suriya təhlükəsizlik qüvvələrinin 150 üzvü ölümlə üzləşib. Onlardan bəziləri Suriya prezidenti Bəşər Əsədə yaxınlıqda günahlandırılır.

Xatırladaq ki, Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsində 220 mindən çox insan həlak olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar