Ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Müsabiqə şərtlərinə əsasən bütün qruplar üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il Azərbaycanda ali məktəblərə qəbul zamanı tələb olunacaq müsabiqə şərtlərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinə ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV ixtisas qrupları üzrə ixtisas seçiminə ümumi balı 200-dən və hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Müsabiqə şərtlərində hər hansı dəyişiklik olarsa, bu haqda məlumat veriləcək.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisas seçimində iştirak etmək üçün qoyulan tələblər bu ilki məzunların qəbul imtahanları başa çatdıqdan sonra - iyul ayında TQDK tərəfindən müəyyən olunur.

Tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi isə avqustun 14-dən 19-dək aparılacaq. İxtisas seçimində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Bu haqda daha ətraflı məlumatlar 2 saylı “Abituriyent” jurnalında dərc olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar