Baş nazirin müavini üçün əlamətdar gündür

Bu gün sabiq kənd təsərrüfatı naziri, Baş nazirin müavini İsmət Abasov üçün əlamətdar gündür. Onun 61 yaşı tamam olur. 

İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olub. Uzun illər istehsalatda müxtəlif vəzifələrdə işlədikdən sonra 23 oktyabr 2004-cü ildə ölkənin Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub.  22 oktyabr 2013-cü ildən isə Baş nazirin müavinidir.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.

23 may 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı və iki nəvəsi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar