Azərbaycanda tikintiyə icazə verilməsinin müddəti qısaldılır

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli qanunun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin 75.7-ci maddəsinə uyğun olaraq, tikintiyə icazənin, xüsusi nişanın forma və məzmununu prezidentlə razılaşdıraraq 3 ay müddətində təsdiq etmək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Müəyyən edilib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 75.7-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 11.2-ci maddədə “14.1-ci” sözləri “11.1-ci” sözləri ilə əvəz edilib.

2. 75-ci maddə üzrə: 2.1. 75.1-ci maddənin üçüncü cümləsinə “11-ci maddəsinə” sözlərindən sonra “, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə” sözləri əlavə edilib;

2.2. 75.4-cü maddənin ikinci cümləsində “1 ay” sözləri “15 gün” sözləri ilə əvəz edilib;

2.3. 75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilib: “Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir”;

2.4. 75.7-ci maddəyə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilib: “Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 80-ci maddə üzrə:

3.1. aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilib: “80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur”;

3.2. 80.2-ci maddədə “yaşayış evlərinin”, 80.3-cü maddədə, 80.4-cü maddənin birinci cümləsində və 80.5-ci maddədə “yaşayış evinin” sözləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilib;

3.3. 80.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır”;

3.4. 80.4-cü maddənin birinci cümləsində “80.1-ci və 80.3-cü maddələrində” sözləri “80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində” sözləri ilə əvəz edilib;

3.5. 80.4-cü maddənin ikinci cümləsində “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilib.

4. 82.2-ci maddədə “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar