İsgəndər Xəlilovun oğlu metanoldaşıyan tanker alır

Rusiyanın MNP şirkətlər qrupu (“Dəniz və neftqaz layihələri”) azərbaycanlı oliqarx, “İSR” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova metanoldaşıyan tanker satmaq barədə razılığa gəlib.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, razılaşma mayın 21-22-də Bakıda keçirilən “Argus Neftetransport-2015” beynəlxalq konfransı zamanı əldə olunub.

Tərəflər yeni metanoldaşıyan tankerin alqı-satqısına dair müqavilə bağlamağa razılaşıblar.

MNP şirkətlər qrupu Rusiyanın iri gəmiqayırma şirkəti “Krasnoye Sormovo”nun tərkibinə daxildir.

Rusiya şirkətinin yaydığı açıqlamada deyilir ki “Krasnoye Sormovo” zavodu Xəzər regionu ölkələri üçün ən iri gəmi təchizatçısıdır. 2000-ci ildən bu yana Xəzər üçün müxtəlif təyinatlı 87 gəmi inşa edilib. Bu, Rusiya tərsanəsi tərəfindən göstərilən müddət ərzində inşa edilən gəmilərin yarısı deməkdir.

Konfransın kuluarlarında MNP şirkətinin nümayəndələri ilə “İSR” şirkətlər qrupuna daxil olan “İSR Trans” şirkətinin idarə heyətinin rəhbəri, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovla RST27 layihəsi əsasında metanoldaşıyan tankerin inşasına dair prinsipial razılaşma əldə olunub. Danışıqlarda “Krasnoye Sormovo” zavodunun direktoru Nikolay Jarkov da iştirak edib.

“İSR Trans” şirkəti Rusiya və MDB respublikaları ərazisində yükdaşıma və loqistika fəaliyyətləri, o cümlədən neft və neft məhsullarının, kimyəvi maddələrin daşınması ilə məşğul olur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar