HACI İBRAHİMİN MODEL GÖZƏLLƏRİ İŞSİZ QALIB- Holdinqi ləğv edildi - FOTOLAR

Son günlər həbsi barədə məlumatlar yayılan tanınmış iş adamı Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti ləğv olunub.Bu barədə Publika.az-a Hacı İbrahim Nehrəmlinin köməkçisi məlumat verib. Məlumatda qeyd olunur ki, iş adamı Azərbaycan Beynəlxalq Bankına olan borcla əlaqədar sözügedən şirkəti satışa çıxarıb. Bir neçə gün əvvəl isə “Avesta Concern”nin bütün işçilərinə işə gəlməməklə bağlı xəbərdarlıq edilib. Səbəb kimi isə şirkətin ləğv olunması və yaxud satışa çıxarılması göstərilib.

Bundan əlavə, şirkətin həyata keçirdiyi “Khazar Islands New City”, “Gold City” və digər layihələri də müvəqqəti olaraq dayandırılıb.

İşdən çıxanlar arasında “Avesta Concern”-nin vitse-prezidenti Taleh Quliyev, ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Xaqani Cəfərli və digər şəxslər də var. İşçilərə deyilib ki, borcunu ödəyə bilsə, o zaman işçilərin hər biri təkrar öz vəzifələrini icra etmək üçün şirkətə çağırılacaq.

Qeyd edək ki, bir qədər öncə Hacı İbrahim “Avesta” Konsernini əvvəəlcə 45, sonra isə 23 milyon dolara satışa çıxardığına dair məlumat yayılmışdı. Ancaq görünür Hacı borc içində batmış şirkətinə müştəri tapa bilmir.

Hacı İbrahim İbrahimovun (İbrahim Nehrəmli) prezidenti olduğu “Avesta Concern” şirkəti fəaliyyətinə xitam veriləndən sonra şirkət işçiləri də avtomatik olaraq ixtisara düşüb. Publika.az-ın məlumatına görə, işdən çıxarılanlar arasında ötən il Hacı İbrahim Nehrəmli tərəfindən Azərbaycana dəvət olunmuş və yüksək məvaciblə “Avesta Concern”ndə işə götürülmüş dünyanın bir sıra populyar modelləri də var. Bunlar “Miss Globe International 2014” gözəllik müsabiqəsində Avstraliyanı təmsil edərək qalib olan Esma Voloder və həmin müsabiqədə "Miss Khazar Islands" seçilmiş Ukrayna təmsilçisi Anastasiya Kostiçdir.Həmin modellərin müxtəlif vaxtlarda Bakıda və digər yerlərdə çəkilmiş fotolarını da təqdim edirik.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar