Putin Bakıda sayt açdı

Rusiyanın “Sputnik” multimedia xəbər agentliyi Azərbaycanda informasiya portalının fəaliyyətə başladığını elan edib.Virtualaz.org saytının əldə etdiyi məlumata görə, yeni portal Azərbaycan və rus dillərində fəaliyyət göstərəcək. Bu internet resursunu sputnik.az veb-ünvanından ziyarət etmək mümkündür.

Qeyd edək ki, “Kremlin təbliğat maşınının yeni silahı” adlandırılan “Sputnik” agentliyi artıq bir neçə dildə fəaliyyət göstərir. Bu siyahıya ingilis, fransız, serb, portuqal, ərəb, hind, polyak, italyan, çex, Vyetnam, yapon, Koreya, fars, urdu, dari, puştu, kürd, İsveç, Norveç, Danimarka, fin, alman, türk, Çin, Belarus, moldovan, gürcü, qırğız və alban dillərindəki saytlar daxildir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar