“Mən bu işlərdə yoxam”- Hacı İbrahimin qardaşı danışdı

Media məşhur azərbaycanlı biznesmeni, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimovun (Nehrəmli) mayın 12-sidən etibarən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılması barədə xəbər yayıb. Bununla yanaşı, iş adamının həbs edilmədiyi barədə məlumatlar da gündəmi zəbt edib. Modern.az saytı Hacı İbrahim Nehrəmlinin qardaşı “Azad Azərbaycan” Televiziyasının keçmiş vitse-prezidenti Natiq İbrahimovdan məsələyə münasibətin öyrənməyə çalışıb.

Natiq İbrahimov bildirib: “Vallah mən bu işlərdə yoxam. Mən tanıyarsınız, ATV-nin keçmiş vitse prezidenti, Xəbərlər Departamentinin rəhbəri olmuşam. Mən digər sahələri bilmirəm. Mən də sizin kimi jurnalistəm, tamam başqa sahənin adamıyam. Ona görə bu haqda heç nə deyə bilmərəm”.

“Avesta” Konserninin prezidenti Hacı İbrahim Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürdüyünü bir müddət öncə etiraf edib. O, həmin pul hesabına "Xəzər adaları” nəhəng tikinti layihəsini həyata keçirdiyini bildirib. Ancaq bəzi məlumatlara görə, o bu mifik layihəsi üçün Beynəlxalq Bankından 850 milyon manat götürüb. Pulları xaricdə biznes qurmğa, özünə təyyarə, bahalı maşınlar almağa, əyələncələrə və modellərə xərcləyib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar