Aşqabadda Qurbanqulu Berdumühəmmədovun heykəli qoyulub

Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdumühəmmədovun at üstündə, milli geyimdə heykəli qoyulub.Heykəlin hündürlüyü 21 metrdir və açılış mərasimi şəhər günü olub.

Abidəyə “Arxadağ” adı verilib.

Hakim dairələrin məlumatına görə, abidə vətəndaşların çoxsaylı müraciətinsən sonra qurulub.

Qurbanqulu Berdumühəmmədov Türkmənistanı 2007-ci ildən idarə edir.

Rəsmi məlumata görə, 2012-ci ildə keçirilən prezident seçkisində 97 faizdən çox səs toplayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar