Türkiyə-Azərbaycan hərbi təlimlərindən möhtəşəm görüntülər -VİDEO

Təlimlərə 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu cəlb edilib

Ermənistan hər dəfə, Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusi ilə cəbhədə təxribat törədir. Ordumuzsa, keçirdiyi təlimlərdə gücünü nümayiş etdirməklə yanaşı, qarşı tərəfi cavab atəşilə susdurmaqda davam edir.Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimlərinin videogörüntüsünü yayıb.

ANS TV-nin məlumatına görə, təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, hərbi hava qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə komplekslərilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğulari, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar