Tovuzda bazar qalmaqalı

Tovuzda Nəsimi adına kənd təsərrüfatı bazarının köçürülməsinə olan cəhdlər ciddi narazılığa səbəb olub. 100-dən artıq satıcı küçəyə çıxaraq yeni bazara getmək istəmədiklərini bəyan ediblər. Onlar yerli hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra iş yerlərinə qayıdıblar. Rayondakı qaynağımız deyib ki, Rusiyada yaşayan iş adamlarının adı ilə rayon rəhbərliyi Nəsimi adına bazarın 500 metrliyində özünə yeni bazar açıb. Satıcıları ora köçürmək üçün onlara ən müxtəlif yollarla təzyiq edir. Buna görə də satıcılar təzyiqlərə etiraz edib küçəyə çıxıblar. Sonra onları sakitləşdirib iş yerlərinə qaytarıblar.

“Camaat dedi ki, biz bu bazardan çıxmayacağıq. Bizim çörəyimiz buradan çıxır. Bizi doğrasanız da çıxmayacağıq. Bazarın sahibi Teymur Bağırova təzyiq göstərirlər. Köhnə bazarda yerpulu 1 manatdır, təzədə 5 manat. Camaat buna görə ora getmək istəmir. Başqa bir tərəfdən də müştərilər köhnə bazara öyrəşib, təzəyə gedən olmayacaq” –deyə qaynağımız bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar