Ukraynada müharibə yenidən başlayır

Rostov vilayətində Ukrayna sərhəddinin yaxınlığında Rusiyaya məxsus hərbi karvan, xüsusilə də “Uraqan” raket sistemi müşahidə olunub. ANS PRESS-in məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.

Məlumata görə nömrəsiz hərbi maşınlardan ibarət karvan mayın 24-də Matveev Kurqan şəhərinə, ordan isə Ukrayna sərhəddinə doğru hərəkət edib.

Rusiyapərəst separatçılar bazar günü Donetsk vilayətindəki Şirokino kəndi istiqamətində Ukrayna ordusunun mövqelərini atəşə tutublar.

Bir neçə saat davam edən döyüşdə 1 Ukrayna əsgəri həlak olub, 2-si isə yaqralanıb.

Ukrayna ordusunun məlumatına görə separatçılar sutka ərzində atəşkəs rejimini 16 dəfə pozublar.

Öz növbəsində separatçılar mövqelərinin 43 dəfə atəşə tutulduğunu deyirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar