Ərdoğan “New York Times”a sərt cavab verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “New York Times” nəşrini rəsmi Ankaraya ünvanladığı ittihamlara görə sərt tənqid edib. Musavat.com-un BBC turkce-yə istinadən verdiyi xəbərə görə, bu barədə o, Ankarada politoloqlar qarşısında çıxışı zamanı bildirib.

Xatırladaq ki, “New York Times” dünən özünün “Türkiyə üzərində qara buludlar” məqaləsində Ərdoğanı ölkədə “qaykaları sıxmaqda”, xüsusilə də 7 iyun parlament seçkiləri ərəfəsində öz siyasi rəqiblərini, o cümlədən jurnalistləri təqib eləməkdə suçlamışdı. Qəzetin qənaətincə, ABŞ və Türkiyənin NATO üzrə başqa tərəfdaşları Ankaraya bu yoldan çəkilmək üçün təzyiq eləməlidir.

“Siz öz yerinizi bilməlisiniz. Bunu yazmaqla siz söz azadlığının sərhədini keçirsiniz və Türkiyənin daxili işlərinə qarışırsınız. Siz belə şeyləri ABŞ haqda yaza bilərsinizmi? Onlar (hakimiyyət –red.) buna imkan verməz və anındaca nə lazımdırsa, onu edərlər”, - deyə Türkiyə prezidenti sərt formada qəzetə reaksiya verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar