Bank sədri buraxılıb

“Bank Technique” Müşahidə Şurasının mayın 22-də saxlanan sədri Rövşən İsmayılov bu gün sərbəst buraxılıb. O, DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin binasını artıq tərk edib.

Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən verilib.

Qeyd edək ki, “Bank Technique” Müşahidə Şurasının sədri Rövşən İsmayılov saxlanılması barədə məlumat yayılmışdı. Məlumata görə, Rövşən İsmayılov ötən həftənin cümə günü - mayın 22-də saxlanılıb.

Rövşən İsmayılov “Bank Technique”dən əvvəl Azərbaycan Beynəlxalq Bankında işləyib, İdarə Heyəti sədrinin müavini postunu tutub. 2012-ci ildə isə “Bank Technique” Müşahidə Şurasının sədri təyin olunub.

Xatırladaq ki, mayın 22-də “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədov da saxlanılmışdı. Fərid Məmmədov vurulmuş məmurlar siyahısına düşən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.

Fərid Məmmədov saxlanılarkən onun kabinetindən 4 milyon dollar nağd pul aşkarlanaraq götürülüb. Lakin filial direktoru bir sutkadan sonra sərbəst buraxılıb.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar