İsveç-NATO birgə təlimləri başlayıb

Rusiya KİV-nin yaydığı məlumata görə, İsveçin şimalında Arctik Challenge Eçekcse genişmiqyaslı hərbi-hava təlimləri başlanıb. İyunun 5-ə qədər davam edəcək bu təlimlərdə NATO blokuna daxil olmayan İsveç, Finlandiya və İsveçrə dövlətlərindən başqa ABŞ, Böyük Britaniya, Norveç, Niderland və Fransa kimi NATO dövlətləri də iştirak edir. Təlimlərə 3,6 min hərbçi cəlb olunub (TASS).

İsveç tərəfi bu təlimlərə ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində məntiqi addım kimi baxır. Bu barədə İsveçin Baş naziri Stefan Lyöven belə deyib: «Bizə hərbi gücümüzü artırmaq vacibdir. Belə əməkdaşlıq bizim hazırlığımızın yüksəldilməsinə kömək edir».

Təlimlərin əsas bazası İsveç şəhəri Luleo, Norveç şəhəri Budyö və Finlandiya şəhəri Rovaniyemi olacaq. Senariyə görə, iştirakçıların qarşısına qoyulan tapşırıq BMT mandatı əsasında sülhün təmin olunmasıdır. İsveçin JAS-39 Gripen, finlərin F-18 və Norveçin F-16 markalı qırıcı təyyarələri hava məkanında patrul xidmətini və düşmənin aviasiyasına hücumları məşq edəcəklər. Bu zaman havadakı təyyarələrin sayı 100 vahidə çata biləcək.

Xəbər verilir ki, İsveç əhalisinin heç də hamısı ölkənin şimalında NATO-nun iştirakı ilə miqyaslı təlimlərin keçirilməsini dəstəkləmir. Turizm sahəsində çalışan iş adamları, yerli saam əhali, sülhpərvər təşkilatların fəalları təlimlərin əleyhinə çıxış edirlər. Şimali atlantika bolku ilə yaxınlaşma siyasətinin əleyhinə parlamentdə təmsil olunan Ətraf Mühitin Qorunması partiyası və Sol partiya da çıxış edir.

Bu barədə Sol partiyanın lideri Yonas Şyöstendt belə deyib: «Mənim fikrimcə, bu təlimlər o deməkdir ki, hökumət bizi addım-addım NATO-ya yaxınlaşdırır və bu zaman İsveç xalqının razılığını soruşmur...».

Xəbərdə o da deyilir ki, sonuncu ictimai rəy sorğusunun nəticələrinə görə, 2014-cü ildə İsveç əhalisinin 31,0 faizi NATO-ya daxil olmağın lehinə, 37,0 faizi isə əleyhinə səs verib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar