«Putin dəli deyil, çılğın oyunçudur» - NATO generalı

NATO Rusiyanın nüvə hədəsindən narahatdır

Xarici KİV-in yaydığı məlumata görə, NATO birləşmiş qüvvələrinin Bryunsumdakı baş komandanı, bundesver generalı Hans-Lotar Domreze bəyan edib ki, alyans Rusiyanın nüvə silahından istifadə imkanlarından dolayı narahatlıq keçirir. Bu barədə general "Focus" nəşrinə verdiyi müsahibədə deyib: «Ruslar taktiki nüvə silahının tətbiqini bir müharibə vasitəsi kimi mümkün hesab edirlər. Biz isə yox...» (Rosbalt).

Domreze eyni zamanda Rusiya prezidentini situasiyanı yaxşı hesablayan adam kimi xarakterizə eməklə yanaşı, eyni zamanda, prezidentin «çılğın oyunçu» olduğunu da dilə gətirib: «O - dəli deyil. Amma - oyunçudur. Bu da təhlükəli ola bilər...» (RBK).

General onu da qeyd edib ki, NATO Rusiyanı düşmən yox, yalnız potensial təhlükə hesab edir: «Qeyd etməyi lazım bilirəm ki, NATO-da heç kim müharibə istəmir. Amma biz əhalini müdafiə edəcəyik. Ümid edirəm ki, prezident Putin bunu anlayır. Ona görə, mən hələ ki, rahat yata bilirəm».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar