«Baltikyanıda «Krım ssenarisi» təkrar olunmayacaq» - Dövlət Dumasının sədri

Rusiya KİV-nin məlumatına görə, Baltikyanı ölkələrdə «Krım ssenarisi»nin təkrarlanmaq ehtimalı yoxdur. Bunu Latviya televiziyasının «de facto» verilişində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin deyib: «Baltikyanı ölkələr - müstəqil, suveren, bağımsız dövlətlərdir. Biz də - Rusiya da onlarla dialoqu və normal münasibətləri bərpa etmək istəyirik» (Rosbalt).

Narışkin qeyd edib ki, Latviya-Rusiya münasibətlərinin yaxşılaşdırılması üçün bu ölkədə «vətəndaşsızlıq» məsələsi həll edilməli və «nasizmin təqdir olunması»na son qoyulmalıdır. «Bu istiqamətdə Rusiya hansı addımları atamağa hazırdır?» sualına, Narışkin belə cavab verib: «Rusiya dialoqa hər zaman hazırdır».

Narışkin inandırmağa çalışıb ki, Rusiya Ukraynada döyüşmür, amma Avropa Şurası Parlament Assambleyasında Rusiyanı səsvermə hüququndan məhrum ediblər. Onun sözlərinə görə, hələ bir il bundan əvvəl Rusiya Dövlət Duması Ukraynalı həmkarlarına danışıqlar masasına oturmağı təklif edib: «Əgər o zaman bizə qulaq assaydılar, indi vətəndaş müharibəsi də olmazdı...».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar