Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ baş verib.ANS PRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, təkanlar yerli vaxtla saat 06.20-də Goranboyda qeydə alınıb.

Təkanlar yerin 32 km dərinliyində, 4,7 bal gücündə qeydə alınıb.

Zəlzələ Gəncə, Mingəçevir və Şəkidə hiss olunub.

Xatırladaq ki, ölkə ərazisində son zəlzələ də Xəzər dənizinin Azərbaycan massivində baş vermişdi. Mayın 19-da ə 3.2 bal gücündə baş vermiş yeraltı təkanlar dənizin 45 km dərinliyində qeydə alınmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar