“Paralel hökumət”in polisləri saxlanıldı

Türkiyənin Antalya vilayətində “paralel hökumət”ə xidmət etməkdə şübhəli bilinən polis əməkdaşlarına qarşı genişmiqyaslı əməliyyatlar keçirilib.

ANS PRESS-in məlumatına görə, əməliyyatlar nəticəsində biri keçmiş polis rəisi, digəri şöbə müdiri olmaqla 6 nəfər həbs edilib. Ümumilikdə, 13 nəfərin həbs olunmasına dair qərar qəbul olunub. Saxlanılan şəxslər tibbi müayinədən keçdikdən sonra müstəntiq qarşısında ifadə veriblər.

Türkiyə hökuməti 2013-cü ildən etibarən “paralel hökumət”ə qarşı mübarizə başladıb. “Paralel hökumət”in əsas fiqurlarından biri hazırda Amerika Birləşmiş Ştatlarında məskunlaşan din alimi Fətullah Gülən hesab edilir. Onun rəhbərliyi altında idarə olunan “Hizmət” hərəkatı, Türkiyə hökumətinin iddialarına görə, ölkədə dövlət çevrilişi etməyə cəhd göstərib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir qədər əvvəl “paralel hökuməti” terror qrupu adlandırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar