Həbsxanada 18 saat qiyam: 8 nəfər öldü

70 nəfər məhbus yaxını girov götürülüb

Braziliyadakı həbsxanalardan birində qiyam baş qaldırıb. ANS PRESS-in məlumatına görə, Braziliyanın şimal-şərqində yerləşən Bahia ştatının Feyra de Santana şəhərindəki həbsxanalardan birində baş qaldıran qiyamda 8 nəfər dünyasını dəyişib.

Yerli mediada yayılan xəbərlərdə məhbus yaxınları olan 70 nəfər girov götürüldüyü bildirilir. Qiyamçılarla girovların sərbəst buraxılması yönündə aparılan danışıq 18 saat davam edib. Nəticədə 8 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.

Qiyama səbəb kimi həbsxanadakı qrupların arasındakı hegemonluq davasının baş qaldırması olduğu vurğulanır. Həbsxana mühafizəçiləri axtarış zamanı məhbuslardan 3 silah aşkar ediblər.

467 məhkumun cəza çəkdiyi həbsxanada hazırda sakitliyin bərqərar olduğu qeyd edilir.

Xatırladaq ki, ötən ilin avqust ayında isə ölkənin Parana ştatında Kaskavel həbsxanasında qiyam qalxmış, 45 saatlıq qiyamda iki məhkumun başı kəsilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar