Rusiya Tehrana S-300 raketləri göndərir

Rusiya tərəfindən S-300 raketləri yaxın vaxtlarda İrana çatdırılacaq. ANS PRESS-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Hüseyin Əmir-Əbdullahian bildirib.

O, Moskvada rusiyalı həmkarı Mixail Boqdanov ilə görüşdən sonra deyib ki, bu məsələ üzrə danışıqlar uğurla başa çatıb, S-300 sisteminin çatdırılması tezliklə baş tutacaq.

Rusiya Xarici İşlər Nazirliyi bu bəyanatı təsdiqləməyib. Tehran ilkin olaraq bu müasir yer-hava tipli raketlərin çatdırılmasını ilin sonuna gözləyirdi. BMT 2010-cu ildə satışı qadağan edib, ancaq bu ilin apreldə Tehran Qərblə ilkin nüvə razılaşması əldə edəndən sonra qadağa götürülüb.

Ekspertlərin fikrincə, nüvə danışıqlarında irəliləyiş raket satışına yol açıb. Vaşinqton və İsrail bu məsələdə narahatlıqlarını ifadə edir və Rusiya-İran razılaşmasını kəskin pisləyir. Çünki əsas narahatlıq ondan ibarətdir ki, İran S-300 raketlərini alarsa, Yaxın Şərqdə əməliyyat aparan təyyarələri çox asanlıqla vura bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar