Cəbhədə atışma səsləri səngimədi

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.

Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Cəvahirli, Şıxlar, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar