Yanan binanın təmiri deputata tapşırıldı - “İki cür üzlük materialı fikirləşirik"

Binəqədi rayonunda yanan binanın təmiri Milli Məclisin deputatı, “Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyevə həvalə olunub.Bununla bağlı azvision.az-a açıqlama verən millət vəkili Ağalar Vəliyev bildirib ki, binanın təmiri üçün hazırda layihə-smeta sənədləri hazırlanır.

Deputatın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin tədqiqat qrupu binanı tam müayinə etdikdən sonra üzlüyə vurulan material müəyyən ediləcək: “İki cür üzlük materialı fikirləşirik. Biri adi suvaq, digəri də makironaqrafit üzlük. Hələlik tam dəqiq deyil. Amma düşünürük ki, üzlük keyfiyyəli materialdan olsun. Layihə-smeta sənədləri tam hazır olduqdan sonra biz binanın hansı müddətə təmir olunacağını deyə bilərik. Ola bilsin ki, binada bərpa-gücləndirmə işlərinə ehtiyac oldu.

Qərar verilib ki, bina tam dayanıqlıdır. Amma bəzi yerlərdə əlavə müayinə işləri aparılır. Ola bilsin ki, bəzi birləşən hissələrdə gücləndirmə işləri aparılsın”.

Şirkət rəhbəri əlavə edib ki, yanan bina ən qısa müddətdə təmir olunaraq təhvil veriləcək.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda baş verən yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb. Hadisə nəticəsində bina yarasız vəziyyətə düşüb.

Ölkə başçısının sərəncamı ilə binanın təmiri üçün 3 milyon manat vəsait ayrılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar