“Azərenerji” Cahangir Hacıyevin bankına 140 milyon manat “atıb”

“Anonimous” hakerlərinin oğurladığı sənədlərdə daha bir “sirrin” üstü açılıb

Beynəlxalq Bankla “Azərenerji” arasında cəmi 140 milyon manatlıq iki iddia üzrə məhkəmə çəkişməsi gedir. Bu fakt “Anonimous” hakerlər qrupunun “Azərenerji”nin kompüterlərindən ələ keçirdiyi sənədlərdən məlum olub. Virtualaz.org araşdırıb ki, iki subyekt arasında məhkəmə çəkişməsi hazırda davam edir. Birinci iddia Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə qaldırılıb. Bu iddia üzrə cavabdeh tərəf “Sumqayıt REŞ” MMC və “Azərenerji” ASC-dir. İşə Sumqayıt İnzibati İqtisad Məhkəməsi baxır.

Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarılıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. Kassasiya şikayəti verilib və hazırda işə baxılır.

İkinci iddia isə Beynəlxalq Bank tərəfindən “Şəki RET” MMC və “Azərenerji” ASC-yə qarşı qaldırılıb. Bank cavabdehlərdən 36,02 milyon manat məbləğində kredit və faizlərini tələb edir. İşə Şəki İnzibati İqtisad Məhkəməsi baxıb. İddia qismən təmin olunub, iş üzrə apelyasiya şikayəti verilsə də təmin olunmayıb. Cavabdeh tərəf kassasiya şikayəti verib.

Bu məhkəmə çəkişmələri “Azerenerji” hüquqşünasının 2012-2013-cü illərdə qaldırılmış məhkəmə iddiaları üzrə hazırladığı hesabatda əks olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar