RÖYANIN "VOR ZAKON"LUĞUNA GENERALDAN REAKSİYA - “Cəzalanacaq...” +VİDEO
Məlum olduğu kimi müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.
Müğənninin “İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.
Üstəlik, qurduğu bu “məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Tanınmış sənət adamının bu addımı isə heç də birmənalı qarşılanmayıb və cavabı hələ tapılmayan bir neçə sualın yaranmasına səbəb olub:
1. Müğənni niyə qanunvericiliyə uyğun olmayan hərəkətlər edib?
2. Əgər, o, polisə rəsmi müraciət etmişdisə, niyə üzləşmə polis şöbəsində deyil, başqa məkanda aparılıb və qanunlara zidd olaraq görüş gizli şəkildə çəkilib?
3. Onların görüşünün Röyaya uyğun yerdə aparılması, eləcə də polisin videoda gözə dəyməməsi göstərir ki, polisə rəsmi müraciət olmayıb. Sadəcə polis kimlərinsə göstərişi ilə həmin müğənnini söyən şəxsi taparaq şikayətçiyə təhvil verib, bununla da kobud qanun pozuntusu törədib...
4. Əlbəttə müğənninin onu söyən şəxsi polis əliylə tapdığını deməsi yalan da ola bilər. Amma bu halda polis onu nüfuzdan salan yalana görə, müğənnini cəzalandırmalıydı ki, bu hələ baş verməyib...
Sualların sayı çoxdur. Bunları ümumiləşdirərək qeyd edək ki, ordatlıqda ciddi qanun pozuntuları, bir müğənninin dövlətə, onun qanunlarına, eləcə də vətəndaşlara qarşı hörmətsizliyi və saymazyanalığı var. Bununçün hüquq mühafizə orqanları hansı addımları atmalıdır və ya atıb?
Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: “Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.
M.Baxış əlavə edib ki, Röya Ayxanı etdiyi bu özbaşınalığa görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər: “Ən yüngül halda isə ona 500 manatdan 1000 manata kimi cərimə də kəsmək ehtimalı var”.
Qeyd edək ki, vəkil Adəm Məmmədov daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb. Xatırladaq ki, Röya Ayxan “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb və cinayətkar aləmin nümayəndələri kimi sorğulayıb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.