Avroittifaqın şərqə genişlənməsi planı «öldü»?

Xəbər verilir ki, Fransa qəzeti "Le Monde" mayın 25-də öz səhifəsində ötən həftə Riqada keçirilmiş «Şərq tərəfdaşlığı» sammitinə həsr olunmuş «Avropalılar Avropa İttifaqının şərqə doğru genişlənməsinin bütün perspektivlərini dəfn etdilər» başlıqlı məqalə dərc edib (TASS).

Məqalədə deyilir: «Faktiki olaraq, Riqa görüşü yalnız bir məqsədə xidmət etdi - Avropa İttifaqı (Aİ) və keçmiş SSRİ respublikaları arasında əlaqələrin mövcudluğunu xatırlatmaq».

Qəzet nəşr etdiyi digər bir məqalədə yazır: «Riqada baş tutan görüş «konstruktiv qeyri-müəyyənlik» adlandırıla biləcək diplomatik praktikaya son qoydu. Başqa sözlə, Avropa ittifaqı ölkələri potensial namizədlərə açıq şəkildə bəyan etdilər: sizin üçün heç də Avroittifaqa üzv olmaq taleyi nəzərdə tutulmayıb».

Qəzet Avroittifaqın siyasətini səhv hesab edir: «Bu siyasətlə bir sıra ölkələrə eyham olundu ki, onlar Avroittifaqa üzv olmaq üçün potensial namizədlərdir. Amma gerçəkdə belə deyildi. Bu da həmin ölkələrdə müvafiq, amma əsassız illüziyalar və arzular doğurdu. Bunun nəticəsidir ki, onların əksəriyyəti Brüsselin namizədlərdən tələb etdiyi islahatları keçirmək istiqamətində heç bir istək nümayiş etdirmədi».

Qəzet sonra yazır: «Həmin ölkələrə belə bir fikir təlqin edildi ki, onlar Avropa İttifaqı və Rusiya arasında seçim etməlidirlər. Bu da gerçək fəlakətə gətirib çıxartdı...».

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar