İraq Ramadini İŞİD-dən geri almaq üçün hərəkətə keçdi

İraq hərbçiləri və onları dəstəkləyən könüllü qüvvələr İŞİD-in təzəlikcə ələ keçirdiyi Ənbar əyalətinin Ramadi şəhərinin cənub-qərbində intensiv döyüşlər aparır. Musavat.com-un xarici informasiya qaynaqlarına istinadən verdiyi xəbərə görə, döyüşlər zamanı hökumət qüvvələri bu rayonda İŞİD-in təchizat yollarını kəsməyə çalışıb. Ancaq hələ ki, bilinmir terrorçular geri sıxışdırılıb ya yox.

Bundan əlavə, əməliyyat zamanı İraq qüvvələri və könüllülər Səlahəddin əyalətindən çıxaraq Ənbar əyalətində İŞİD mövqelərinə hücuma başlamalı idilər.

Bu ərəfədə ölkənin baş naziri Heydər əl-Abadi bəyan eləmişdi ki, Ramadinin hökumət qüvvələrinin nəzarətinə qaytarılması çox vaxt aparmayacaq.

Öz növbəsində ABŞ rəsmi Bağdada müraciət edərək şiə könüllülərini sünnilərin çoxluq təşkil elədiyi Ənbar əyalətinə göndərməmək çağırışı eləmişdi – o niyyətlə ki, o halda əyalətdə İŞID-ə dəstək güclənə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar