“Rusiya özünü daha aqressiv aparır...”- Obama

Rusiya özünü Ukraynaya münasibətdə daha aqressiv aparır. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama NATO baş katibi Yens Stoltenberqlı görüşündə bəyan edib.

“Rusiya Ukrayna ilə bağlı daha aqressiv mövqe nümayiş etdirir” – twitter agentliyinin məlumatına görə, Obama deyib.

ABŞ prezidenti və NATO baş katibinin Ukraynadakı böhranı, Krımdakı vəziyyəti və Minsk anlaşmasını müzakirə etdikləri bildirilir.

Xatırladaq ki, az öncə dövlət katibi köməkçisinin müavini Erik Rubin bəyan eləmişdi ki, Amerika və müttəfiqlərinin Rusiyanın yeni təcavüzünə reaksiyası sərt olacaq və ağır nəticələr doğuracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar