Azərbaycan üçün arzuolunmaz hal - "Kapital axını artıb"

Ekspert: "Kapital axını üçün kifayət qədər səbəblər yaranıb"

"Neftin ucuzlaşmasına səbəb ABŞ valyutasının bahalaşmasıdır". ANS PRESSS-in məlumatına görə, bu sözləri iqtisadçı ekspert Samir Əliyev "Facebook"da yazıb. Onun fikirlərini olduğu kimi təqdim edirik.

"Neft üzüaşağı gedir. Iyul ayının fyuçers kontraktları üzrə Brent markalı neftin bareli hazırda 63,50 dollara satılır. Bu, aprelin 23-ü tarixindəki həddir. Neftin ucuzlaşmasına səbəb ABŞ valyutasının bahalaşmasıdır. FED-in uçot dərəcələrini bu il qaldırmaq ehtimalını qeyd etməsi dolları gücləndirib. Yunanıstan problemi və İspaniyada müşahidə olunan siyasi gərginlik avronu ucuzlaşdırır. Yapon yenası dollara nisbətən 8 illik minimum həddə düşüb.

Azərbaycanda da dolların son günlər rəsmi məzənnəsində artım qeydə alınır olunur. Güman ki, sabah dollar bir az da bahalaşacaq. Əvvəllər də deyildiyi kimi manatın taleyi neftin qiymətindən asılı olacaq. Son aylar müşahidə edilən ölkədən kapital axını da manatı təyziq altında saxlayır. Yəqin ki, yaxın 10 gündə Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayacaq. Ehtiyatın həcmində azalma müşahidə edilsə bu kapital axınını təsdiq edəcək. Kapital axını üçün kifayət qədər səbəblər yaranıb. Bütün bunlar isə ölkə iqtisdiyyatı üçün arzuolunan hal deyil".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar